330x110
 

Neft ucuzlaşır, Brent bir barelə $44,29 təşkil edir

24.08.2020,09:47


24 avqust, Fineko/abc.az. Neft qiymətləri bazar ertəsi ticarətdə zəif azalır, treyderlər COVİD-19 xəstəliyinin Asiya və Avropada yeni artım siqnallarını qiymətləndirməyə davam edirlər.

Saat 9:15-də London ICE Futures birjasında Brent-in oktyabr ayı üçün fyuçersi barrel başına $0,06 (0,14%) – $44,29-a qədər ucuzlaşıb. Avqustun 21-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan fyuçersinin dəyəri $0,55 (1,23%) - barrel başına $44,35-ə düşüb.

Saat 9:15-də Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçersi barrel başına $0,08 (0,19%), $42,26 qiymətinə düşüb. Avqustun 21-də hərracın nəticələrinə görə, oktyabrda WTI-nin fyuçersinin qiyməti $0,48 (1,12%) - bir barrel başına $42,34-ə düşüb.

Ötən həftənin nəticələrinə görə, Brent markalı neft 1% ucuzlaşıb, WTI 0,1% artıb.

Treyderlər koronavirusla bağlı vəziyyəti izləməkdə davam edirlər. Bütün dünyada hökumətlər COVİD-19 yayılmasının qarşısının alınması tədbirləri və iqtisadi fəallığı bərpa etmək istəyi arasında balans tapmağa çalışırlar. ABŞ-da koronavirus ilə bağlı vəziyyət bütövlükdə sabitləşdiyi halda, Avropanın və Asiyanın bir sıra ölkələrində xəstəlik hallarının sıçrayışı haqqında məlumatlar verilir.