330x110
 

Siyavuş Novruzov YAP-dakı vəzifəsindən istefa verdi

24.08.2020,11:52


24 avqust, Fineko/abc.az. Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzov partiyanın Sədri İlham Əliyevə müraciət edərək onu partiyada tutduğu vəzifədən azad etmək barədə xahiş edib.

Bu barədə ABC.AZ YAP-ın Mətbuat Xidmətinin məlumatına istinadən xəbər veir.

Xatırladaq ki, Siyavuş Novruzov avqustun 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyevin qızının toy mərasimində iştirak edib. O, xüsusi karantin qaydalarını pozduğuna görə 400 manat məbləğində cərimə olunub.