“Günay Sığorta”nın sədri vəzifəsini tərk edib

14:14 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Günay Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri Aqşin Cahangirov vəzifəsini tərk edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, onun müvəqqəti olaraq İH-nin üzvü Gülnarə Cavadova əvəz edir.

Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 7,7 milyon manatdır. Şirkətin səhmlərinin 71,94%-i Yeganə Məmməd qızı Şirinovaya ("Günay Bank" ASC-nin 38,94%-lik səhmdarı), 28,06%-i isə Mahmud Məmmədova ("Günay Bank"ın 52,13%-lik səhmdarı və Müşahidə Şurasının sədri) məxsusdur.

 

Bütün xəbərlər