İlham Əliyev: Bəzi rayonlarda sahibkarlar incidilir

14:28 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Sahibkarlığın inkişafı ölkəmizin ümumi inkişafı ilə birbaşa bağlı olan məsələdir. Bizim iqtisadiyyatımız öz dayanıqlılığını saxlamalıdır, möhkəmləndirilməlidir. Buna nail olmaq üçün əlbəttə ki, qeyri-neft sektorumuz inkişaf etməlidir. Bu inkişaf 2020-ci ilə qədər çox sürətli idi. Pandemiya ilə əlaqədar bütün ölkələrdə iqtisadi tənəzzül müşahidə olunur, o cümlədən bizdə. Ancaq bizdə bu rəqəm kifayət qədər aşağı səviyyədədir. Yeddi ay ərzində iqtisadiyyat cəmi 2,8 faiz düşüb. İnkişaf etmiş ölkələrin bəzilərində bu rəqəm 30 faizə çatıb, Avropa məkanında 20 faizə çatır. Ümumi avrozona məkanında haradasa 15 faizə yaxındır.”.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Biləsuvar və Saatlı Rayon İcra Hakimiyyəti başçılarını qəbul edən zaman deyib.

Dövlət başçısı qeyd edib ki, “Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.

 

Bütün xəbərlər