Prezident qanunları pozan məmurlardan danışdı

15:33 - 24.08.2020


24 avqust, Fineko/abc.az. “Əfsuslar olsun ki, dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir.”

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Biləsuvar və Saatlı Rayonunun yeni İcra  başçılarını qəbul edən zaman deyib.

“Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu, bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır”. – deyə Dövlət başçısı qeyd edib.

 

Bütün xəbərlər