Azərbaycanda koronavirus infeksiyasına yoluxanların sayı artıb

17:27 - 24.08.2020


24 avqust, Fineko/abc.az. Azərbaycan koronavirus infeksiyasına daha 152 yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən xəbər verir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 35 min 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 33 min 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib. Aktiv xəstə sayı 1803 nəfərdir.

Ötən müddət ərzində 878 min 667 test aparılıb. Bugünkü test sayı isə 4890-dır.

 

Bütün xəbərlər