“Məşğul şəxslərin reyestri” gələn ilin əvvəlindən istifadəyə veriləcək

17:29 - 24.08.2020


24 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən “Məşğul şəxslərin reyestri”nin hazırlanması işlərinin bu ilin sonunadək yekunlaşdırılacaq.

Bu barədə ABC.AZ-a Nazirlikdən məlumat verilib.

Reyestr dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə formalaşdırılır. Burada vətəndaşların iş yerləri, torpaq pay mülkiyyətçiləri, ailə kəndli təsərrüfatının üzvləri, sahibkarlar, haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər və s. barədə məlumatlar toplanacaq. Vətəndaşların xərclərinin strukturu barədə də informasiyalar da reyestrdə əksini tapacaq.

 

Bütün xəbərlər