“Naxçıvan Aqrolizinq”in adı dəyişdirildi

10:24 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Naxçıvan Aqrolizinq” ASC-nin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” ASC adlandırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərman imzalayıb.

Fərmana əsasən müəyyən edilib ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən hüquqi şəxsdir.

 

Bütün xəbərlər