Azərbaycanda 4 bankın kredit portfeli 1 milyard manatdan çoxdur

11:16 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 4-nün bu il iyulun 1-nə kredit portfeli 1 milyard manatdan çox olub.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (2 204,031 milyon manat), "Kapital Bank" (1 875,584 milyon manat), "PAŞA Bank" (1 852,001 milyon manat) və "Xalq Bank"dır (1 533,881 milyon manat).

Qalan 22 bankdan 18-də kredit portfeli 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankda 10-100 milyon manat arasında, 2 bankda isə 10 milyon manatdan azdır.

 

Bütün xəbərlər