İlin sonuna qədər AZAL daha altı boinqin satın alınmasına dair müqavilələr imzalayacaq

10.10.2017,16:57


Bakıda Caspian Air Cargo Summit 2017 beynəlxalq konfransı keçirilir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) prezidenti Cahangir Əsgərov konfransın gedişatında bildirdi ki, şirkət öz aviaparkını genişləndirmək niyyətindədir.

“İlin sonuna qədər AZAL daha dörd “Boeing 787 Dreamliner”  və iki “Boeing 747-8 F”-in satın alınması haqqında müqavilələr imzalayacaq”, - deyərək C. Əsgərov bildirdi.

Onun sözlərinə görə, hal-hazırda Azərbaycanın mülki aviasiyası Boeing 747, Boeing 787, Boeing 767, Airbus 340, Airbus 320, Airbus 319 və Embraer 190 tipli təyyarələrə malikdir. 2018-ci ildən başlayraq istismara veriləcək  Boeing 737 MAX tipli daha 10 müasir təyyarənin satın alınması üçün müqavilə imzalanmışdır.

Açar sözlər: AZAL Boeing Dreamliner