Aİ Azərbaycanda kənd təsərrüfatına dair elektron məlumat bazasının monitorinq sisteminin təkmilləşdirilməsinə yardım göstərəcək

26.01.2018,15:56


26 yanvar, Fineko/abc.az.  Kənd təsərrüfatına dair elektron məlumat bazasının monitorinq sisteminin yaradılmasında Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə yardım etmək məqsədilə Aİ-nin Macarıstandan olan mütəxəssisi yanvarın 29-da Azərbaycanın paytaxtı Bakıya səfər edəcək.

Avropa İttifaqının Bakı Nümayəndəliyindən verilən məlumata əsasən, missiyanın proqramına sistemin cari kökləmələrinin yoxlanılması, məlumatların toplanması qaydası və məlumatların keyfiyyətinin yoxlanılması daxildir.

“Həmçinin, həmin mütəxəssis Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin rəsmiləri ilə birgə adı çəkilən monitorinq sistemlərində nümunələrin seçilməsi və ölçülməsi metodologiyasını nəzərdən keçirəcək”, - məlumatda belə deyilir.

 

Açar sözlər: Kənd Təsərrüfat