Sergey Şoyqu: Azərbaycana səfər hərbi-texniki əməkdaşlığımızı müzakirə etmək üçün yaxşı fürsətdir

16:07 - 25.08.2020


25 avqust, Fineko/abc.az. “Mənim üçün Azərbaycana səfər həmişə fikir mübadiləsi aparmaq və regional təhlükəsizlik məsələlərini, həmçinin bizim hərbi və hərbi-texniki əməkdaşlığımızla bağlı məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir. Burada prezidentlərə məruzə etməli, müzakirə olunmalı məsələlər var”.

ABC.AZ xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Prezident İlham Əliyev ilə görüşü zamanı deyib.

 “Bizi sevindirməyə bilməz ki, Azərbaycan və onun komandası ənənəvi olaraq Xəzərdə keçirilən yarışlara ev sahibliyi edir. Bu yarışlar həmişə yüksək səviyyədə keçirilir. Ona görə ki, burada ənənəvi qonaqpərvərlik və bu yarışların təşkili, əlbəttə, ən yüksək səviyyədədir”. – deyə rusiyalı nazir qeyd edib.

 

Bütün xəbərlər