AZAL baqajların daşınmasında sərnişinlərə güzəşt etdi

16:45 - 25.08.2020


25 avqust, Fineko/abc.az. Sərnişinlər bu gündən etibarən çəkisi 10 kq-dan artıq olmayan daha bir ədəd baqajı ödənişsiz götürə və hava limanında qeydiyyat masasına təhvil verə bilərlər.

Bu barədə ABC.AZ "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumatına istinadən xəbər verir.

Belə ki, İstanbul, Berlin və Londona xüsusi reyslərlə səyahət etməyi planlaşdıran  ekonom sinifdə səyahət edən sərnişinlər cəmi iki ədəd baqaj – 23 kq + 10 kq, biznes sinifdə səyahət edən sərnişinlər – üç ədəd baqaj: ikisi 32 kq + 10 kq, VIP klubun üzvləri isə dörd ədəd baqaj: üçü 32 kq + 10 kq götürə biləcəklər.

Qeyd edək ki, əl yükü qismində yalnız kişi portfeli, qadın əl çantası, noutbuk çantası və uşaq qidasının götürülməsinə icazə verilir.

 

Bütün xəbərlər