SOCAR avqustun sonu Belarusa 94 min ton neft tədarük edəcək

10:24 - 26.08.2020


26 avqust, Fineko/abc.az. “Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 26-27 avqust tarixlərində Belarusa daha 94 min ton neft tədarük etməyi planlaşdırır”.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Əhmədov TASS informasiya agentliyinə açıqlamasında bildirib.

"Növbəti neft partiyasının tədarükü ilə bağlı bir neçə həftə əvvəl razılıq əldə edilmişdi. Belarus tərəfi 93-94 min ton sifariş etmişdi. Sabah və ya sonrakı günlərdə Türkiyənin Ceyhan limanından Belarusa 94 min ton həcmində Azərbaycan nefti göndəriləcək”, - deyə SOCAR nümayəndəsi vurğulayıb.

apa.az

 

Bütün xəbərlər