“Azərbaycan Sənaye Sığorta” Şirkətində səhmdarların ümumi yığıncağı keçiriləcək

11:19 - 26.08.2020


26 avqust, Fineko/abc.az. “Azərbaycan Sənaye Sığorta” şirkətinin səhmdarları növbədənkənar ümumi yığıncaq keçirəcəklər.

Şirkətin məlumatında deyilir ki, şirkətin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı sentyabrın 28-də keçiriləcək.

"İclasda təftiş komissiyasının tərkibində dəyişikliklər məsələsi müzakirə olunacaq", - deyə məlumatda qeyd olunur.

 

Bütün xəbərlər