Azərbaycanda problemli kreditlər azalıb

14:58 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 1 062,4 milyon manat təşkil edib.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,3% azdır.

Problemli kreditlər ilin əvvəlinə nisbətən 16,6%, son 1 ildə isə 28,6% azalıb.

İyulun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 7,3% təşkil edib. Bu nisbət iyunun sonuna da 7,3%, ötən ilin sonuna 8,3%, ötən il iyulun sonuna isə 10,9% olub.

 

Bütün xəbərlər