Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının emissiyası keçiriləcək

17:25 - 26.01.2018


26 yanvar, Fineko/abc.az. Bakı Fond Birjası İpoteka və Kredit Zəmanət  Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın məlumatında deyildiyi kimi, emissiyanın həcmi 25 milyon manat təşkil edəcək.

“Hər istiqrazın nominal dəyəri 1000 manat, hərrac qiyməti 1004,5833 manat, tədavül müddəti, 3% dərəcə ilə, 23 il (8280 gün) təşkil edəcək, faiz gəlirlərinin ödəniş müddəti - hər altı aydan bir”, - məlumatda belə deyilir.

Yerləşdirmənin anderrayteri qismində “PASHA Capital” şirkəti çıxış edəcək.

 

 

Bütün xəbərlər