Azərbaycanın bank sektorunun xalis mənfəəti artıb

15:46 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Azərbaycanın bank sektoru bu ilin yanvar-iyul aylarında 428,1 milyon manat xalis mənfəət əldə edib.

ABC.AZ renkinq-ə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,4% çoxdur.

7 ay ərzində bankların əməliyyat gəlirləri 1 483,1 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1% az), əməliyyat xərcləri 939,1 milyon manat (2% az), xüsusi ehtiyatlara ayırmaları 20,7 milyon manat (82,3% az), mənfəət vergisi ödəmələri isə 95,3 milyon manat (2,5 dəfə çox) təşkil edib.

 

Bütün xəbərlər