Ceyhun Bayramov: Minsk qrupu Ermənistana təsir göstərməlidir

16:12 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyini vurğulamaq istərdim. Azərbaycan torpaqlarının 20 faizinin 30 ilə yaxındır Ermənistan tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan danışıqlar prosesində iştirak etməkdə davam edir.

ABC.AZ xəbər verir ki, bu fikirləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirilən mətbuat konfransında söyləyib.

Azərbaycanın münaqişənin siyasi yolla həlinin tərəfdarı olduğunu vurğulayan nazir deyib ki, münaqişənin həlli ilə bağlı kifayət qədər hüquqi baza mövcuddur. Münaqişənin dinc yolla həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasına, qaçqın və məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılmasına əsaslanmalıdır. Substantiv danışıqların davam etməsi üçün beynəlxalq birlik, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistana daha konstruktiv mövqe tutması istiqamətində təsir göstərməlidir.

 

Bütün xəbərlər