AzİnTelekom 1 mln. manata ekspert xidməti alır

16:56 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “AzİnTelekom” MMC Data Mərkəzinin infrastrukturu və şəbəkə sistemlərinin idarə edilməsi üçün ekspert xidmətlərinin satın alınması üçün elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi  "CASPİAN CONSOLİDATED SERVİCES" MMC olub.

Qalib şirkətə 998 818 manat ödəniləcək.

 

Bütün xəbərlər