Ölkədə pul köçürmələri azalıb

17:24 - 26.08.2020


26 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən cari ilin yanvar-iyun ayarında Azərbaycana daxil olan pul baratları 372 mln. dollar olub.

ABC.AZ xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,9% azdır.

Qeyd edək ki, 2019-cu ilin ilk 6 ayında ölkəyə daxil olan pul baratları 495,4 mln.  dollar təşkil edib.

 

Bütün xəbərlər