Qonşu ölkədə məktəblər 15 sentyabrdan açılır

10:22 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Gürcüstanda sentyabrın 15-də bütün məktəblər açılacaq. Uşaq bağçalarının açılışı isə oktyabrın 1-nə nəzərdə tutulur. Bunu Gürcüstanın Baş Naziri Giorgi Qaxariya bildirib. Onun sözlərinə görə, sentyabrın 15-dən Gürcüstandakı muzeylər və teatrlar da fəaliyyətini bərpa edəcək. Kinoteatrlar isə oktyabrın 1-dən fəaliyyətə başlayacaq. Baş Nazir deyib ki, məktəb və uşaq bağçalarında sürətli dezinfeksiya tədbirləri görülür. Təhsil və uşaq tərbiyə müəssisələrinin fəaliyyəti üçün müəyyən qaydalar da işlənib hazırlanıb.  
Bütün xəbərlər