Bələdiyyə sədrinə cinayət işi açıldı

10:56 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Eldar şamı cinsindən bir ağacın kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Göyçay Rayon Prokurorluğunun ABC.AZ-a daxil olan məlumatında bildirilib ki, araşdırma zamanı məlum olub ki, cari ilin fevralında Göyçay Şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyan dəyib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda cinayət işi başlanıb.

 

Bütün xəbərlər