Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

11:14 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Sentyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Bu barədə ABC.AZ-a BFB-dən məlumat verilib.

Bildirilib ki, faizli, ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 10 milyon manat, nominal dəyəri 100 manat, tədavül müddəti 1820 gün, faiz gəliri 8,5 faizdir. İstiqrazlar 2025-ci il avqustun 26-da ödəniləcək. “PAŞA Kapital” “İnvestisiya Şirkəti” QSC anderrayter vəzifəsində çıxış edir.

Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Qeyd edək ki, sentyabrın 1-də hərracı baş tutacaq AZ0108001782 ISIN kodlu qiymətli kağız üzrə faktiki (qalıq) tədavül müddəti 1820 gün təşkil edəcək.

 

Bütün xəbərlər