Valyuta hərracında AMB banklara $64,8 mln. Satıb

13:10 - 27.08.2020


27 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, avqustun 27-də valyuta hərracında banklara $64,8 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $64,8 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər