330x100
 

Sabah bu yollarda hərəkət məhdudlaşdırılacaq

28.08.2020,16:50


28 avqust, Fineko/abc.az. Sabah saat 10:00-dan axşam saat 17:00-dək Heydər Əliyev prospektinin Bağırov körpüsünün altından keçən yan yollarında tunel divarlarının yuyulması işləri aparılacaq. Bununla əlaqədar olaraq sözügedən hissədə zolaqlar üzrə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə ABC.AZ-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilrib.

Buna görə də sürücülərdən ərazidə sıxlığın yaşanmaması üçün prospektin əsas yolundan istifadə etmələri tövsiyə olunur.