Neft qiymətləri bazar ertəsi artır, Brent bir barelə $46,07 təşkil edir

09:53 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Ötən həftənin yekunları üzrə yüksəlişdən sonra,  neftin etalon markalarının qiymətləri bazar ertəsi ticarətində artmaqdadır.

Ötən həftə Brent 1,6%, WTI 1,5% bahalaşıb.

Saat 9:15-də, London ICE Futures neft birjasında, Brentin oktyabr ayı üçün fyuçersi 0,26 (0,57%) yüksələrək bir barrel üçün $46,07 təşkil etdi. Avqustun 28-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in oktyabr ayına olan fyuçers qiyməti hər barrel üçün 0,04 dollar (0,09%) - 45,05 dollara düşüb.

Saat 9:15 Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçersi $0,13 (0,31%), barel başına $43,10 qədər yüksəldi. Avqustun 28-də hərracın nəticələrinə görə, oktyabrda WTI-nin fyuçers qiyməti bir barel üçün 0,07 (0,16%) $42,97 səviyyəsinə düşüb.

 

Bütün xəbərlər