Azərbaycanda sığorta ödənişlərinin 85%-i 5 şirkətin payına düşür

10:24 - 31.08.2020


31 avqust, Fineko/abc.az.  Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 223,196 milyon manat sığorta ödənişinin 190,134 milyon manatı və yaxud 85,2%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ  renkinq-ə istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (117,074 milyon manat), "PAŞA Sığorta" (34,843 milyon manat), "Atəşgah Həyat Sığorta" (19,695 milyon manat), “Xalq Sığorta” (9,393 milyon manat) və "Atəşgah Sığorta" (9,129 milyon manat) ASC-lərdir.

7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (8 min manat), "Bakı Sığorta" (157 min manat), "Rəvan Sığorta" (256 min manat) və “Amrah Sığorta” (475 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 896 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 32,166 milyon manat (14,4%) təşkil edib.

 

Bütün xəbərlər