İlham Əliyev: Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub

12:07 - 31.08.2020


31 avqust, Fineko/abc.az. “Pandemiya dövründə ölkəmizdə yeni xəstəxanaların tikintisi geniş vüsət almışdır. Bu məqsədlər üçün böyük vəsait ayrılmışdır, bütün imkanlar səfərbər edilmişdir. Çünki mövcud çarpayı fondu imkan vermirdi ki, biz bu dəhşətli pandemiya ilə uğurla mübarizə aparaq. Cəmi altı ay ərzində ölkəmizin çarpayı fondu böyük dərəcədə artırılmışdır”.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev avqustun 31-də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında videoformatda iştirak zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, “Yeddi modul tipli xəstəxananın tikintisi nəzərdə tutulub. Amma hazırda buna ehtiyac yoxdur. Çünki ölkəmizdə xəstələrin sayı azalır və əgər ehtiyac yaranarsa qısa müddət ərzində əlavə 1400 çarpayılıq xəstəxanalar qısa müddət ərzində inşa oluna bilər. COVID ilə mübarizədə Azərbaycan çox uğurlu fəaliyyət aparır, qəbul edilmiş qərarlar icra edilir, vaxtında və yüksək keyfiyyətlə. Bu və digər amillər imkan verdi ki, biz vəziyyəti nəzarət altında saxlayaq”.

 

Bütün xəbərlər