Azərkosmos iyulda 6,5 mln dollar gəlir əldə edib

14:11 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 28,1 milyon dollar dəyərində xidmət ixrac edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 % artım deməkdir. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib.

 ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayında təqdim edilib. 

Qeyd olunur ki, 2020-ci ilin iyul ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 6,5 milyon dollar dəyərində xidmət ixrac edib. İxracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya və BƏƏ-dir.

 

Bütün xəbərlər