AMB depozit hərracında 100 mln. manat cəlb edib

14:40 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı depozit hərracında 100 mln. manat cəlb edib.

"AMB avqustun 31-də banklar üçün növbəti depozit hərracı keçirib və bu hərracda 100 mln. manat cəlb edib. Hərracda təklif 515,3 mln. manat təşkil edib. Hərrac zamanı orta çəkili faiz dərəcəsi 6,26% təşkil edib", - deyə AMB-dən bildiriblər.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

AMB 2016-cı ilin iyun ayından depozit hərraclarının keçirilməsinə başlayıb.

 

Bütün xəbərlər