İyulda əcnəbilər kart vasitəsilə 23 mln manat əməliyyat aparıblar

14:49 - 31.08.2020


31 avqust, Fineko/abc.az. 2020-ci ilin iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 23 milyon manat təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayında təqdim edilib.

Qeyd olunur ki, 2020-ci ilin yanvar-iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 302,7 milyon manatlıq əməliyyat aparılıb.

 

Bütün xəbərlər