Dövlət Neft Fondunun büdcəsinin gəlirləri azaldılıb, xərcləri artırılıb

16:11 - 31.08.2020


31 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin gəlirləri 12 milyard 384 milyon 88,2 min manatdan 7 milyard 832 milyon 893,4 min manata endirilib, xərcləri isə 11 milyard 589 milyon 910,3 min manatdan 12 milyard 439 milyon 910,3 manata qaldırılıb.

 

Bütün xəbərlər