Yeddi ayda ən çox ixrac edilən mallar - Siyahı

16:36 - 31.08.2020


31 avqust, Fineko/abc.az. 2020-ci ilin yanvar-iyul ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (166,5 milyon dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 96,5 milyon dollar) ikinci və pambıq mahlıcı (70,6 milyon dollar) üçüncü olub.

Bu barədə  ABC.AZ  “İxrac İcmalı”nın 2020-ci ilin avqust sayına istinadən xəbər verir.

Ümumiyyətlə, 2020-ci ilin ilk 7 ayı ərzində ərzində meyvə-tərəvəz ixracı 359,6 milyon, pambıq lifi ixracı 71,6 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 51,3 milyon, kimya sənayesi məhsullarının ixracı 46,5 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 27,4 milyon, pambıq ipliyi ixracı 10,6 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 7,3 milyon, şəkər ixracı  9,3 milyon, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 13,7 milyon, çay ixracı 5,5 milyon  dollar təşkil edib.

 

Bütün xəbərlər