Neftin qiyməti artmaqda davam edir, Brent bir barelə $45,81 təşkil edir

09:58 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Neftin qiyməti avqust ayında bahalaşandan sonra çərşənbə axşamı günü artır.

Saat 9:20-də London ICE Futures neft birjasında Brent-in noyabr fyuçersi $0,53 (1,17%) yüksələrək bir barrelə $45,81 təşkil etmişdir. Avqustun 31-də keçirilən ticarətin nəticələrinə görə, Brent-in noyabr  fyuçersinin qiyməti $0,53 (1,16%) - barrelə görə $45,28-dək azalıb.

Saat 9:20-də, Nyu-York ticarət birjasında (NYMEX) WTI-nin oktyabr ayına olan fyuçersi $0,43 (1,01%) yüksələrək bir barelə $43,04 təşkil etmişdir. Avqustun 31-də hərracın nəticələrinə görə, oktyabrda WTI-nin fyuçers qiyməti $0,36 (0,84%) – bir barrelə $42,61-ə düşüb.

Avqust ayında Brent nefti 4,6%, WTI - 5,8% bahalaşıb. Brent, beşinci ay, WTI - dördüncü ay ardıcıl olaraq artım nümayiş etdirmişdir.

 

 

Bütün xəbərlər