Gəncədən Türkiyəyə elektrobuslar ixrac olunacaq – Danışıqlar yekunlaşıb

10:03 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Yaxın vaxtlarda Gəncə avtomobil zavodunun yığdığı elektrobusların Türkiyənin böyük şəhərlərindən birinə  satışı ilə bağlı razılığa gəlinməsi gözlənilir.

ABC.AZ-ın məlumatına görə, bunu Gəncə avtomobil zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri Xanlar Fətiyev bildirib.

O qeyd edib ki, artıq Türkiyənin şəhər rəhbərliyi ilə Gəncə avtomobil zavodunun nümayəndələri arasında ilkin danışıqlar yekunlaşıb.

X. Fətiyev o cümlədən Gəncədə yığılan elektrobusların Bakı və Abşeronda, istərsə də Gəncə və Sumqayıtda, o cümlədən də digər şəhər və rayonlarda fəaliyyəti və effektiv çalışması üçün bütün lazımı şərait var.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər