Azərbaycanda özəlləşdirilmiş dövlət müəssisələrinə 6 milyon manat investisiya qoyulub

11:43 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi  dövlət əmlakının özəlləşdirilməsi üzrə hərraclar keçirməkdə davam edir.

Komitənin məlumatında deyildiyi kimi, 2017-ci ildə Bakıda və ölkənin regionlarında 197 hərrac keçirilmiş və  877 dövlət əmlakı, o cümlədən,  torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir.

“Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılmış, 132 yeni iş yeri yaradılmışdır”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər