Valyuta hərracında AMB banklara $63,7 mln. satıb

12:52 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, sentyabrın 1-də keçirilən valyuta hərracında banklara $63,7 mln satılıb.

"Valyuta hərracında banklar tərəfindən tələb $63,7 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə, manatın dollara qarşı ortaçəkili məzənnəsi 1,70 AZN/$1 təşkil edib.

 

Bütün xəbərlər