330x100
 

Əmircan qəsəbəsi kurort mərkəzə çevrilir? – Təmir işləri başlayıb

01.09.2020,15:10


1 sentyabr, Fineko/abc.az. Bakının Əmircan qəsəbəsində təmir-bərpa və abadlıq işləri başlayıb.

ABC.AZ trend-ə istinadən məlumat verir ki, bunu Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.

Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir.

O qeyd edib ki, təmir çərçivəsində yolların bir qismi qəmbər daşla, digər hissəsi isə asfaltla örtüləcək: “Yerin altından keçən kommunikasiya xətləri müasir səviyyədə qurulmalıdır. Belə ki, gələcəkdə bu xətlərdə problem yaranarsa, qəmbər daşları yararsız hala sala bilər. Ona görə də, daşlar düzülməmişdən öncə həmin yollar maksimum səviyyədə bərpa olunmalıdırlar. Düşünürük ki, qəmbər daşları daha çox köməkçi yollara düzək, çünki əsas yoldan avtobuslar və ağır yük maşınları keçir, bu da daşlara ziyan vura bilər. Avtomobillərin daha çox keçdiyi yollar asfaltla örtüləcək.  Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür".