Azərbaycanda daha bir qurum yaradıldı – Texniki Komitə adlanır

15:54 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Dövlət Əmək Müfəttişliyi Xidməti ilə birlikdə Əməyin təhlükəsizliyinin standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 21) yaradılıb.

ABC.AZ xəbər verir ki, Texniki Komitə ilkin, dövlət, regional, dövlətlərarası və beynəlxalq standartların hazırlanması üçün yaradılan birgə məşvərətçi qurumdur.

Texniki Komitə əmək və peşə sahəsində müasir tələblərə cavab verən milli standartların işlənib hazırlanması, ekspertizasının aparılması, mövcud olan standartların yenilənməsi və sonrakı istifadəsi ilə bağlı təhlilərin aparılması, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası təşkilatların işində iştirak etmək məqsədi ilə təsis edilib.

AZSTAND/TK 21-ə Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Sahibkarlar (İşəgötürənlər) Təşkilatı Milli Konfederasiyası və Həmkarlar İttifaqı Konfederasiyası daxildir.

 

Bütün xəbərlər