Mərkəzi Bankın valyuta ehtiyatları artıb – 15 milyon dollardan çox

16:27 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ölkənin əsas Bankının valyuta ehtiyatları sentyabrın 1-nə 6 milyard 483,9 milyon ABŞ dollar təşkil edib.

Müqayisə üçün qeyd edək ki, bu göstərici ötən ayın eyni dövrünə nisbətən 15,2 milyon dollar çoxdur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər