2017-ci ildə Azərbaycanda təxminən 200 min mülkiyyət hüququ qeydə alınıb

29.01.2018,11:55


29 yanvar, Fineko/abc.az. Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi  2017-ci il üzrə fəaliyyətinin yekunlarını açıqladı.

Komitənin məlumatında deyildiyi kimi, keçən il ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır.

“Bundan başqa 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilmişdir”, - məlumatda belə deyilir.