Azərbaycan Papua-Yeni Qvineya 1 ton civə ixrac edib

16:46 - 1.09.2020


1 sentyabr, Fineko/abc.az. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) istehsalat nəticəsində formalaşan civənin ətraf mühitə və insan sağlamlığına zərər vurmadan zərərsizləşdirilməsi istiqamətində növbəti addım atıb.

ABC.AZ xəbər verir ki, istehsalat prosesi zamanı tullantı qismində ayırılan 1 ton civə “Asia Mercury PTC.LTD” beynəlxalq şirkəti ilə imzalanmış müqavilə əsasında Papua-Yeni Qvineya ölkəsinə ixrac edilib.

“AzerGold” QSC ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə dayanıqlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulları tətbiq edir. Bu kimi amillər və sosial məsuliyyət siyasəti nəzərə alınmaqla Cəmiyyət tərəfindən daha mürəkkəb yol seçilib.

Beləliklə, “AzerGold” QSC beynəlxalq qanunvericiliyə uyğun, BMT-nin “Minamata” və “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” Bazel konvensiyalarının tələbləri nəzərə alınmaqla civənin ikinci dəfə ixracını reallaşdırıb. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər