330x110
 

SOCAR-da kadr dəyişikliyi – Alp Togay vəzifəsindən azad olundu

02.09.2020,10:25


2 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR-KBR” MMC-nin direktoru Alp Togay Kurum vəzifəsindən azad edilib.

ABC.AZ report-a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Rəşad Firudin oğlu Şabanova həvalə olunub.

Qeyd edək ki, “SOCAR-KBR” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır.