Avro dollar münasibətlərində bir ilk – Bahalaşaraq 1.20 səviyyəsini keçib

10:54 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Avro dollar qarşısında iki ildən çox müddətdir ilk dəfə 1.20 səviyyəsini keçib.

ABC.AZ-ın məlumatlna görə, bu dolların ucuzlaşması ilə əlaqədar yaranıb.

Pandemiyanın başladığı vaxtdan bu yana avro 10% bahalaşıb. Bahalaşmaya səbəb olan amillərdən biri Avropa Birliyinin virusa qarşı siyasət reaksiyası və avroya dəstək olmasıdır.

Ekspertlər hesab edir ki, Avro/Dollar məzənnəsinin 1.21 səviyyəsini aşması halında 1.25 səviyyəsinədək yüksələcəyi gözlənilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər