330x110
 

Neft Fondunda yeni təyinat – İcraçı direktora müşavir gətirildi

02.09.2020,11:08


2 sentyabr, Fineko/abc.az. Bəhruz Bəhramov Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib.

ABC.AZ xəbər verir ki, Bəhruz Bəhramov 2016-cı ildən hazırki tarixədək ARDNF-nin Risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində çalışıb.

Daha öncələr Fondun İnvestisiya və Risklərin idarə edilməsi departamentlərində müxtəlif vəzifələrdə, 2014-2016-cı illər ərzində isə ARDNF-nin Risklərin İdarə edilməsi departamentinin direktor müavini vəzifəsində işləyib.

ARDNF-nin İcraçı direktorunun müşaviri Azərbaycan Dövlət İqtisad Universiteti və Fransanın Nitsa-Sofiya Antipolis Universitetlərində iqtisadiyyat üzrə bakalavr təhsilini, Nitsa-Sofiya Antipolis Universitetində maliyyə ixtisası üzrə magistr dərəcəsini alıb.