Çin birjası xeyli aktivləşib - Səhmlər bahalaşıb

11:53 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Çində şirkətlərin səhmlərində kəskin bahalaşma nəzərə çarpır.

ABC.AZ xəbər verir ki, bu bahalaşma isə bu il şirkətlərin cəmi bazar dəyərini də artırıb.

Belə ki, şirkətlərin bazar dəyəri   10 trilyon dollara yaxınlaşdırıb.

Məlumata görə, Çin Birjalarında ticarət olunan səhmlərin cəmi dəyəri 9.98 trilyon dollara çatır ki, bu məbləğ də 37.9 trilyon dollarlıq ABŞ səhmlərindən sonra ikinci yer deməkdir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər