Koronavirus xəstəsinə görə market bağlanıldı – Qaradağda

14:29 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Qaradağ rayon sakini Esmira Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.

DİN-dən ABC.AZ-a daxil olan məlumata görə, aparılan tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib.

E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı alınaraq, yaşadığı ünvana qaytarılıb.

Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.

 

Bütün xəbərlər