Bu yolda tikinti yekunlaşır – Gələn ay

15:02 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi davam edir.

ABC.AZ-ın məlumatına görə, 46 kilometrlik avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla, 4-cü texniki dərəcəyə uyğun tikilir.

Artıq yolun 27 kilometrinə asfalt örtüyü döşənib. Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur.

Tikinti işlərinin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər