Neftin maya dəyəri 123,8 manatdır - SOCAR-dan qiymət açıqlaması

15:04 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) 1 ton neftin maya dəyəri 123,8 manat təşkil edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın 2019-cu ildəki fəaliyyəti ilə bağlı illik hesabatında qeyd olunub.

Sənədə əsasən, bu, 2018-ci illə müqayisədə 5,8 manat və yaxud 4,9% çoxdur.

Ötən il şirkətin neft hasilatına çəkdiyi xərclərin tərkibində material və komponent xərcləri 3,9%, əmək haqqı xərcləri 15,3%, sosial ehtiyaclara ayırmalar 2,9%, amortizasiya ayırmaları 17,7%, təmir xərcləri 11,6%, texniki xidmət xərcləri 5,2%, nəqliyyat xərcləri 16,9%, mədən vergisi xərcləri isə 8,2% paya malik olub.

SOCAR-ın neftinin maya dəyərinin artması material, yanacaq, əmək haqqı, əsas vəsaitlərin amortizasiyası, əsaslı təmir, texniki xidmət, nəqliyyat və nəqliyyat vasitələrinin istismarı, mühafizəsi, mədən vergisi və digər xidmətlər üzrə xərclərin artması hesabına baş verib.

 

Bütün xəbərlər